SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda tarixi əsər qaçaqmalçıları həbs olunub

2022.01.11, 14:26
Qərbi Azərbaycanda tarixi əsər qaçaqmalçıları həbs olunub

Gunaz.tv

Behzad Hicabi bildirib ki, qaçaqçılar əyalətin Qoşaçay şəhərində ələ keçib.

O, bildirib ki, daxil olan məlumat əsasında polis qüvvələri ilə birgə əməliyyat həyata keçirilib.

Nəticədə bir nəfər saxlanılıb. Qaçaqçılardan dəmir dövrü və islamın ilk illərinə aid olan 4 ədəd keramik küzə götürülüb.

Hicabi götürülən dörd küzənin tarixi əhəmiyyətə malik olduğunu bildirib.

Başçı tarixi əsər nümunələrinin daha dəqiq dəyərləndirilmək üçün əlaqədar qurumlara verildiyini və saxlanılan şəxsin barəsində cinayət işinin açıldığını qeyd edib.

C.E
 

Açıklama yok.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar