SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda tibb işçiləri çatışmır: İnsanlar iynə vurdurmaq üçün 300 kilometr yol qət edir

2021.10.23, 11:29
Qərbi Azərbaycanda tibb işçiləri çatışmır: İnsanlar iynə vurdurmaq üçün 300 kilometr yol qət edir

Gunaz.tv

“Bölgədə adi bir anestezioloqun olmaması ucbatından cərrahi əməliyyata ehtiyacı olan insanlar günlərlə sərgərdan qalır və başqa şəhərlərə üz tutmağa məcbur olur”-deyə, millət vəkili bildirib.

Kamal Hüseynpurun sözlərinə görə, Sərdəşt və Piranşəhr mahallarında 125 min nəfər üçün 15 həkim fəaliyyət göstərir. 

O, bir sıra xəstəliklərlə bağlı 125 min nəfər üçün bir həkimin qulluq göstərdiyini, hətta on minlərlə əhali üçün bir nevroloqun belə olmadığını qeyd edib.

Hüseynpur deyib ki, adı çəkilən şəhərlərin əhalisi adicə iynə vurdurmaq üçün 300 kilometrə yol qət edərək mərkəzə getməyə məcbur olurlar.

Yolların qeyri-standart olmasına görə qəzalarda ölənlərin sayı xəstəlikdən ölənlərin sayından çox olur.

“Bununla yanaşı Tibbi avadanlıq və ləvazimatların çatışmazlığı əlavə problemlər yaradır.

Həkim olan bölgələrdə belə tibbi ləvazimat çatışmazlığı xəstələrin müalicəsini imkansız edir”-deyə, bu günə kimi problemlə bağlı Səhiyyə Nazirliyinə yazdıqları məktubların nəticəsiz qaldığını qeyd edib. 

C.E


 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar