SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda vəzifəli şəxslər həbs edildi

2021.12.15, 10:31
Qərbi Azərbaycanda vəzifəli şəxslər həbs edildi

Gunaz.tv

Nasir Ətəbati bildirib ki, əyalətin Soyuqbulaq (Mahabad) şəhərində iki bələdiyyə məmuru və iki nəfər Şəhər Şurasının üzvü saxlanılıb.  

“Soyuqbulağın Şəhər Şurası və bələdiyyə işçilərinin mütəşəkkil şəkildə qanunsuz fəaliyyətləri, saxta sənədləşdirmə yolu ilə dövlət və vətəndaşlara məxsus torpaqların mənimsənilməsi barədə aparılan tədqiqat sübuta yetirilib və onlar təhlükəsizlik, prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar”-deyə, N.Ətəbati bildirib. 

O, saxlanılanların həbsxanaya göndərildiyini və barələrində araşdırma işlərinin davam etdirildiyini deyib. 

Nasir Ətəbati bundan öncə ərdəbil əyalətinin məhkəmə sisteminin başçısı kimi əhaliyə, xüsusilə milli, siyasi və mədəni fəallara qarşı qəddar münasibətinə görə ad çıxarmışdı. 

O, bir neçə ay bundan öncədən Qərbi Azərbaycan məhkəmə sisteminin başçısı təyin olunduqdan sonra çox sayda şəxsin həbs olunmasına göstəriş verib.

Qeyd edək ki, İranda xüsusilə son illər korrupsiya geniş miqyas alıb və dövlət qurumlarının əksəriyyətində kök salıb. 

Cari ilin əvvəllərində Beynəlxalq Şəffaflıq Təşkilatının yaydığı hesabata görə, İran dünyada ən çox korrupsiyaya bulaşmış ölkələrdən biri sayılır.

Hesabatda İran dünya üzrə 180 ölkə arasında korrupsiya miqyasına görə 149-cu yerdə qərarlaşır.

 

دیدار چهره به چهره دادستان اردبیل با مردم/برخورد جدی با متخلفان فضای  مجازی‌+فیلم- اخبار استانها تسنیم | Tasnim

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar