SON XƏBƏRLƏR

Gürcüstanın müdafiə naziri: “Azərbaycanla hərbi əməkdaşlığın intensivliyini saxlamaq vacibdir”

2021.10.20, 07:36
Gürcüstanın müdafiə naziri: “Azərbaycanla hərbi əməkdaşlığın intensivliyini saxlamaq vacibdir”

Gunaz.tv

Bunu Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənovla görüşdə deyib.

Gürcüstanın Müdafiə Nazirliyinin məlumatına əsasən, görüşdə əsas diqqət regionda sülh və sabitlik, həmçinin ikitərəfli əməkdaşlıq məsələlərinə yönəldilib. 

Müzakirələr zamanı həmçinin azərbaycanlı hərbçilərin Gürcüstanda çoxmillətli birgə hərbi təlimlərdə iştirakı və bu istiqamətdə gələcək əməkdaşlıq planları nəzərdən keçirilib. Saçxere dağ hazırlığı təlim mərkəzində Azərbaycan hərbçilərinin iştirakı da vurğulanıb.

Görüşün sonunda nazirlər müdafiə sahəsində ikitərəfli əməkdaşlıq planını imzalayıblar. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar