SON XƏBƏRLƏR

Ərdəbil meri saxtakarlıq faktlarını ifşa etdi

2021.10.29, 10:51
Ərdəbil meri saxtakarlıq faktlarını ifşa etdi

Gunaz.tv

Onun sözlərinə görə, bundan öncə bələdiyyə idarəsində magistr və doktorluq dərəcəsi olan çox sayda insan adi bələdiyyə əməkdaşı kimi qeydiyyata salınıb.

Səfəri başqa idarələrdə yüksək vəzifələrdə çalışan həmin şəxslərin bələdiyyə idarəsinin abadlıq və təmizlik bölmələrində işə götürülmələrini saxtakarlıq, korrupsiya halı adlandırıb, onların bu vasitə ilə əlavə gəlir əldə etdiklərini deyib.

“Bu günə kimi aşkar edilən faktlara görə, 56 nəfər başqa idarələrdə çalışdıqları halda bələdiyyə əməkdaşı kimi aylıq vəsait alıblar. Məsələ ilə bağlı araşdırmalar aparılır və tədbir görüləcək”-deyə, Ərdəbil bələdiyyəsinin başçısı bildirib.

O, açıqlamasında qeyd edib ki, hazırda Ərdəbil bələdiyyəsində 640 xadimə çalışır və onların bir çoxu işçi çatışmazlığı səbəbindən bir neçə məhəllədə fəaliyyət göstərməyə məcbur olurlar.

“Buna baxmayaraq magistr və doktorluq dərəcəsi olanların adı süpürgəçi kimi qeydiyyata salınıb və onların heç biri bircə gün belə işləmədikləri halda müntəzəm olaraq aylıq əmək haqqı alıblar”-deyə, Mahmud Səfəri bələdiyyə vəsaitinin bu yolla mənimsənildiyini söyləyib.

C.E

محمود صفری» رسما شهردار اردبیل شد | خبرگزاری فارس

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar