SON XƏBƏRLƏR

Ərdəbil İranda yoxsul əyalətlər sırasındadır

2022.02.03, 10:51
Ərdəbil İranda yoxsul əyalətlər sırasındadır

Gunaz.tv

Məlumatda Ərdəbil əyalətinində yoxsulluq səviyyəsinin ölkə üzrə ortalama göstəricidən yüksək olduğu bildirirlir.

Rəsmi statistikada ölkədə ailələrin 22,8%-nin mütləq yoxsulluq həddində olduğunu göstərilib.

Hesabata əsasən mütləq yoxsulluq səviyyəsinə görə, Sistan və Bəlucistan əyaləti hələ də ən pis vəziyyətdədir və orta hesabla bu əyalətdəki ailələrin 51,4%-i mütləq yoxsulluqdan əziyyət çəkir.

Statistika Mərkəzinin məlumatına görə, yoxsulluqdan ən az əziyyət çəkən əyalət 11.1% yoxsulluq göstəricisi ilə İranın mərkəzində yerləşən fars dilli Yəzd əyalətidir.

Ərdəbil əyaləti geniş potensialına, kənd təsərrüfatına, yeraltı və yerüstü  sərvətlərinə baxmayaraq yoxsulluq sıralamasında ölkə üzrə 12-ci yerdə qərar tutub.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar