SON XƏBƏRLƏR

Ərdəbil və Təbrizdə Urmu gölü ilə bağlı vərəqələr yayılıb

2022.09.09, 07:17
Ərdəbil və Təbrizdə Urmu gölü ilə bağlı vərəqələr yayılıb

Gunaz.tv

Sentyabrın 8-də Təbriz və Ərdəbil şəhərlərində mədəni və çevrə fəalları Urmu gölünün quruması və hakimiyyətin onun bərpası ilə bağlı vədləri uerinə yetirməməsi ilə bağlı vərəqələr yayıblar.

Vərəqələrdə gölün durumu, onun qurumasının ekosistemin dəyişçməsinə və ətraf mühitə təsirləri qeyd olunaraq, vətəndaşlardan məsələyə laqeyd yanaşmamaları istənilib.

Ərdəbildə yayılan vərəqələrdə ""Urmu gölünün ölümü=duz fırtınası=Azərbaycanın ölümü", "Azərbaycanın ürəyinin dayanması İranın beyin ölümünə səbəb olacaq" məzmunlu şüarlarla ekoloji problemin ciddiliyinə diqqət çəkilib, hökumətə xəbərdarlıq edilib.

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar