SON XƏBƏRLƏR

Ərdəbil və Təbrizdə təqaüdçülərin etiraz aksiyası keçirilib

2022.03.14, 04:14
Ərdəbil və Təbrizdə təqaüdçülərin etiraz aksiyası keçirilib

Gunaz.tv

Etirazçılar hər iki şəhərdə Sosial Təminat İdarəsinin binaları qarşısına toplaşaraq maaş və pensiyaların aşağı olmasından, əlavə sığorta problemlərindən və həyat şəraitinin pis olmasından şikayətlənib.

Yaşayış şəraitlərinin günü-gündən çətinləşdiyini bildirən narazılar təqaüdlərin artırılmasını tələb edib.

Qeyd edək ki, bu azərbaycanlı təqaüdçülərin son iki ay yarımda sayca 7-ci etiraz aksiyalarıdır.

Onlar istəklərinin yerinə yetirilmədiyi müddətcə həftəlik aksiyalarını davam etdirəcəklərini bildiriblər.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar