SON XƏBƏRLƏR

Ərdəbildə məktəb binalarını xeyriyyəçilər inşa etdirir

2021.10.20, 07:36
Ərdəbildə məktəb binalarını xeyriyyəçilər inşa etdirir

Gunaz.tv

Bu barədə Ərdəbil əyalətinin Məktəblərin Təmiri və Texniki Təchizat İdarəsinin başçısı Dövlət Lütfi açıqlama verib.

Başçı oktyabrın 11-də mətbuata verdiyi məlumatda məktəb çatışmazlığı probleminin aradan qaldırılması üçün yerli xeyriyyəçilərin əhəmiyyətli rolundan danışıb.

Onun dediyinə görə, hal-hazırda əyalətin müxtəlif bölgələrində yerli xeyriyyəçilərin vəsaiti hesabına 73 məktəbin tikintisi davam edir.

“Bu günə kimi ərdəbilli xeyriyyəçilər 1588 dərs otağından ibarət 398 məktəbin tikintisi, təmiri və texniki təchizatının təmin olunması prosesində iştirak edib və Təhsil Nazirliyinə təhvil veriblər”-deyə, D.Lütfi bildirib.

İllərdir ki, yeni məktəblərin tikintisi ilə yanaşı köhnə təhsil ocaqlarının təmiri və maddi-texniki təchizatına dövlət tərəfindən büdcə ayrılmadığı üçün yerli xeyriyyəçilər problemi həll etmək məcburiyyətində qalırlar.

Təhsil Nazirliyinin yerli nümayəndələri isə məsuliyyəti öz üzərindən atmağa çalışırlar. 

 “Məktəb tikintisi, təmiri və təhsil ocaqlarının maddi texniki təchizatı üçün mərkəzdən vəsait ayrılmır”-deyə yerli məsullar məsələni xeyriyyəçilərin hesabına həll etməyə çalışırlar.

 

اعتبارات ملی نوسازی مدارس در اردبیل افزایش ۳ برابری دارد - خبرگزاری مهر |  اخبار ایران و جهان | Mehr News Agency

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar