Parlamentində ərdəbilli nümayəndələr fraksiyasının başçısı Seyid Qəni Nəzəri Həştcin şəhərinin 15 kilometrliyində yerləşən və Qızılözən çayı üzərində tikilməli olan “Kəmər” körpüsünün bölgə kəndlərinin əhalisi üçün vacib layihələrdən biri olduğunu bildirib.
O, lazimi vəsait ayrılmadığı üçün işin bu günə kimi tamamlanmadığını qeyd edib.
Millət vəkili hazırda layihənin tamamlanması üçün tədbirlər görüldüyünü və vəsait ayrılacağı təqdirdə körpünün əhalinin istifadəsinə verəcəklərini söyləyib.
Nəzəri bununla yanaşı bölgə kəndlərinin yol və infrastruktur baxımından diqqətdən qıraqda qaldıqlarını, tarixi, böyük və turistik Xoms kəndinin yol və başqa problemlərinin həlli üçün son 20 ildə heç bir iş görülmədiyini bildirib.
“Xalxalda övcud olan mədənlərdən istifadə edildiyi halda bölgə kəndlərinin yol və infrastrukturunun qurulması üçün heç bir vəsait ayrılmır”-deyə, Seyid Qəni Nəzəri Xalxal bələdiyyəsini tənqid edib.
C.E