SON XƏBƏRLƏR

Ərdəbil zindanında virus həyəcanı: Vasiqi qardaşları tibb məntəqəsinə aparıldı

2022.02.09, 07:26
Ərdəbil zindanında virus həyəcanı: Vasiqi qardaşları tibb məntəqəsinə aparıldı

Gunaz.tv

Yanvarın 8-də Ərdəbil zindanında saxlanılan Əli Vasiqi ailəsi ilə telefon danışığı zamanı zindanda koronavirusun Omikron ştammının geniş yayıldığını, özü və qardaşı Rza Vasiqinin virusa yoluxduğunu deyib.

Onun sözlərinə görə, məhkumlar arasında virusun yayılmasından sonra onların  əksəriyyəti zindanın karantin bölməsinə köçürülüb. Məhbusların diqqətsiz qalması, onlara heç bir tibbi yardım olunmaması etirazlara səbəb olub.

O, bildirib ki, etirazlardan sonra qardaşı və başqa bir neçə nəfər məhkumla birlikdə zindanın tibb ocağına aparılıb. Onlara yalnız anti-biotik tərkibli dərmanlar verilib. Sonra məhkumlar yenidən bölməyə qaytarılıb.

2020-ci ildə pandemiyanın geniş yayıldığı vaxtlardan bu günə kimi İran zindanlarında tibbi imkanların və avadanlıqların, dərman preparatlarının azlığı, çox sayda məhbusun kiçik kameralarda saxlanılması minlərlə məhbusun koronavirusa yoluxmasına, onlarla məhbusun həyatını itirməsinə səbəb olub.

Buna baxmayaraq hökumət məhbusların məzuniyyətə buraxılmaları ilə bağlı müraciətlərini cavabsız qoymaqla onların həyatlarını təhlükəyə atır. 

C.E
 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar