SON XƏBƏRLƏR

Ərdəbildə 285 kəndin yolu bağlı qalıb

2022.03.24, 11:19
Ərdəbildə 285 kəndin yolu bağlı qalıb

Gunaz.tv

Ərdəbil əyalətinin Yollar və Yükdaşıma Nəqliyyatı İdarəsinin başçısı Kəlimullah Vusuqi əyalətin kənd yollarının açılması üçün bütün çalışmalara baxmayaraq, hələdə 285 kəndin yollarının bağlı qaldığını deyib.

O, özəlliklə Anqut və Germi bölgələrində yolların açılmasının mümkün olmadığını, çox sayda kəndin ətraf aləmdən təcrid duruma düşdüyünü qeyd edib.

Yerli sosial media istifadəçiləri hazırda Anqut və Germi bölgələrinin kəndlərində ərzaq çatışmazlığı yaşandığını, ilgili qurumların yolların bağlanmasını bəhanə edərək bu yöndə tədbir görmədiklərini yazırlar.

Qeyd edək ki, yolların vaxtında açıla bilməməsinin əsas amillərindən biri yetərli və yararlı texnikanın olmamasıdır.

Bir müddət öncə İran parlamentində xaricdən 5 min ədəd texnikanın gətirilib Yollar və Yükdaşıma Nəqliyyatı İdarəsinin istifadəsinə verilməsi ilə bağlı güzəştli şərtlərin tətbiq edilməsi təklifi qəbul olunmadı. 

 

پاسگاه پلیس راه گرمی- بیله سوار با هزینه کرد ۴ میلیارد تومان به بهره برداری  می رسد - خبرگزاری بازار

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar