Ərdəbilli milli fəallar Meysəm Colani, Səid Sadiqifər və Əsgər Əkbərzadə dindirilmə prosesi bitdikdən sonra ETTELAAT təcridxanasından Ərdəbil zindanına köçürülüblər.
Ərdəbil Ümumi və İnqilab Prokurorluğunun 7-ci bölməsinin hakimi Kamiyar Səlim milli fəallara qarşı "təhlükəsizliyi və ictimai asayışı pozmaq üçün toplaşmaq, əlbir olmaq və İslam respublikasına qarşı təbliğat" ittihamı irəli sürüb.
Adı çəkilən milli fəallar sentyabrın 22-də iş yerləri və evlərində ETTELAAT məmurları tərəfindən döyülərək həbs ediliblər.
Timur