SON XƏBƏRLƏR

Ərdəbildə Babək qalasına yürüşlə bağlı afışalar yayılıb

2022.06.29, 03:28
Ərdəbildə Babək qalasına yürüşlə bağlı afışalar yayılıb

Gunaz.tv

Afişalarda "Ata Babəkin doğum günü qutlu olsun", "Ailə ilə birlikdə Bəzz qalasında olaq" ,"Görüşümüz 1 iyul 2022" yazılıb.
Eyni zamanda afişalarda "Qalasında Babəkin səs batmayıbdır, indi də vardır daima Babəklə bağlanan peyman səsi" məzmunlu şüarlar yazılıb və toplantı tarixi qeyd olunub.

Qeyd edək ki, Azərbaycanın xalq qəhrəmanı Babək Xürrəminin anım günü münasibətilə hər il iyunun sonunda Bəzz qalasına ənənəvi yürüş  keçirilir.

Qurultay ərəfəsində bütün Azərbaycan şəhərlərində təhlükəsizlik qüvvələrinin sayı artırılır. Yollarda polis və ordunun nəzarəti gücləndirilir. Kəleybər mahalı və Babək qalasına gedən yolların çoxu bağlanır və bir çox nöqtələrdə axtarış postu yerləşdirilir.

Eyni zamanda müxtəlif şəhərlərdə Bəzz qalasına yürüşün təşkilatçılığında şübhəli bilinən bir çox insan həbs edilir.

content_image_1656451922.jpg

content_image_1656451940.jpg

content_image_1656451962.jpgcontent_image_1656451983.jpgcontent_image_1656452012.jpgcontent_image_1656452031.jpg

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar