SON XƏBƏRLƏR

Ərdəbilin məşhur parça fabrikinin işçiləri etiraz aksiyası keçirib

2021.10.20, 07:36
Ərdəbilin məşhur parça fabrikinin işçiləri etiraz aksiyası keçirib

Gunaz.tv

Aylardır əmək haqlarının ödənilmədiyini vurğulayan işçilər bununla bağlı açıqlama verilməsini tələb edib. 

Onlar eyni zamanda fabrikdə əmək təhlükəsizliyinin qorunmadığına etiraz eidblər. Qeyd olunub ki, bununla bağlı rəhbərlik tərəfindən hər hansı təlimat verilməyib.

İranın və Yaxın Şərqin ən böyük parça istehsalı müəssisələrindən biri olan “Səbəlan parça” fabrikinin icraçı dirrektoru Ənvər Hicaziniya mətbuata verdiyi açıqlamada əmək haqları ilə bağlı yaranmış problemin məsuliyyətini əməkdaşlıq etdikləri bankın üzərinə atıb. 

O, bildirib ki, müəssisənin əməkdaşlıq etdiyi bank öhdəliyi yerinə yetirməyib.

İcraçı dirrektor bundan əlavə ticarət kartlarının verilməsi məsələsində ortaya çıxan maneələrin və Sosial Müdafiə İdarəsi tərəfindən törədilən inzibati əngəllərin də fabrikin fəaliyyətində problemlər yaratdığını söyləyib.

Qeyd edək ki, hal-hazırda “Səbəlan parça” fabrikində 1500 işçi çalışır və onların bir çoxu işçilər üçün qanunla nəzərdə tutulmuş hüquqlardan istifadə edə bilmirlər.

C.E

13980506000289_Test_PhotoN.jpg

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar