SON XƏBƏRLƏR

Ərdəbildə etiraz aksiyaları başlayıb-VİDEO

2022.09.30, 11:15
Ərdəbildə etiraz aksiyaları başlayıb-VİDEO

Gunaz.tv

Xarici medianın və sosial şəbəkə fəallarının verdiyi məlumata görə, sentyabrın 30-u günorta saatlarından başlayaraq Ərdəbil şəhərində etiraz aksiyaları başlayıb.

Əsasən şəhərin mərkəzi küçələrində toplaşmağa başlayan etirazçıların qarşısını almaq üçün bölgəyə çoxlu sayda xüsusi təyinatlı, polis qüvvələri ilə yanaşı mülki geyimli təhlükəsizlik əmurlarının da cəlb olunduğu bildirilir.

İnternet və sosial mediaya tətbiq edilən məhdudiyyətlər səbəbindən məlumat və videoların vaxtında ötürülməsində problemlər yaşanır. 

Qeyd edək ki, bundan öncə Ərdəbil şəhərində keçirilən etiraz aksiyaları zamanı hökumət qüvvələri ilə narazılar arasında qarşıdurma yaranıb.

Məmurların dinc aksiyaya şiddətli müdaxiləsindən qəzəblənən ərdəbillilər onlara müqavimət göstərib, qarşıdurma nəticəsində bir neçə aksiyaçı yaralanıb və çox sayda fəal həbs edilib.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar