SON XƏBƏRLƏR

Ərdəbildə həbslər olub

2022.12.10, 10:33
Ərdəbildə həbslər olub

Gunaz.tv

"Təsnim" xəbər agentliyi İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Ərdəbil əyalətindəki "Həzrət Abbas" qərargahına istinadən 3 "əks-inqilabçı"nın həbs edildiyini yazıb.

Məlumatda həbslərin SEPAH-ın təhlükəsizlik və kəşfiyyat bölməsinin əməkdaşları tərəfindən həyata keçirildiyi bildirilib.

Xəbərdə saxlanılan şəxslərin kimliyi barədə məlumat verilmir.

Lakin onların dövlət binalarına və hərbi mərkəzlərə "Molotof kokteyli" atmağı və yanğın törətməyi planlaşdırdıqları iddia edilib.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar