SON XƏBƏRLƏR

Ərdəbildə əhəmiyyətli sənaye müəssisəsi bağlandı-VİDEO

2021.12.11, 10:41
Ərdəbildə əhəmiyyətli sənaye müəssisəsi bağlandı-VİDEO

Gunaz.tv

Müəssisə rəhbərləri bunu əyalət məsullarının sənaye sahələrinə laqeydliyi ilə əlaqələndiriblər.  

Onlar xüsusilə Ərdəbil əyalətinin Sənaye, Mədən və Ticarət Təşkilatının fəaliyətini tənqid ediblər. Qeyd olunub ki, kompleksə ayrıca yer ayrılması ilə bağlı icazə verməyib, nəticədə istehsal lisenziyası ala bilməyiblər.

“Kaspiyan xodro” müəssisəsinin baş direktoru Cavad Şəfiyan mediaya verdiyi açıqlamada deyib ki, 2018-ci ildə əyalətin Planlaşdırma Şurasının təsdiqi ilə başçılıq etdiyi müəssisəyə avadanlıqları quraşdırmaq barədə icazəsi verilib və onlar istehsal işlərinə hazırlıq işlərinə başlayıblar. 

“Ancaq 2020-ci ilin oktyabr ayında istehsal lisenziyası almaq üçün müraciə etdiyimizdə bizə süni maneələr törədib və müxtəlif bəhanələr gətirərək çətinliklər yaradıldı. Nəticədə istehsaldan geri qaldığımız üçün maliyyə problemləri ilə üzləşib və kompleksi bağlamağa məcbur olduq”-deyə, Şəfiiyan bildirib. 

Adının çəkilməsini istəməyən müəssisə işçilərindən biri, Ərdəbildə bağlanan sənaye kompleksinin başqa əyalətə köçürülməsi üçün zəmin hazırlandığını, bunun bölgə əhalisinin işsizlik probleminin dahada çoxalmasına səbəb olacağını deyib. 

Verilən məlumatlara görə, adı çəkilən sənaye müəssisəsinin Qum şəhərinə köçürüləcəyi planlaşdırıldığı üçün bilərəkdən onun Ərdəbildə fəaliyyətinə əngəl törədilib. 

Qeyd edək ki, Ərdəbilin neft-kimiya kompleksinin özüdə 2006-cı ildə neft-kimiya məhsulları istehsal etmək məqsədilə yaradılıb.  

Kompleksinin qurulmasının üstündən 15 il keçməsinə baxmayaraq onun fəaliyyətə başlaması mümkün olmayıb.   
  
C.E

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar