SON XƏBƏRLƏR

Ərdəbildə idman sahəsində 30 layihə yarımçıq qalıb

2021.10.29, 13:37
Ərdəbildə idman sahəsində 30 layihə yarımçıq qalıb

Gunaz.tv

Səccad Ənuşirvani əyalətdə idman sahəsində 30 layihə yarımçıq qaldığını və layihələrin tamamlanması üçün 80 milyard tümən vəsaitə ehtiyac olduğunu deyib.

Ənuşirvani ölkədə adambaşına düşən idman sahəsinin ortalama yarım kvadrat metr, adambaşına düşən açıq hava sahəsinin isə 46 santimetr olduğunu bildirərək, Ərdəbil əyalətində bunun adambaşına 7 santimetr olduğunu bildirib.

O, Ərdəbil kəndlərində mövcud olan idman mərkəzlərinin ən azı 250-nin təmir və yenidən qurmaya ehtiyacı oduğunu söyləyib.

“Prezidentin Ərdəbilə səfəri zamanı layihələrin tamamlanması üçün lazım olan 80 milyard tümənin 50 milyard tümənə endirilib və ödənilməsi təsdiq olunub.

İşlərin başlanılması üçün nəzərdə tutulan vəsaitin verilməsini gözləyirik”-deyə, Ənuşirvani məsələnin həllinin qəti olmadığına içarə edib.

C.E
 

3520018.jpg

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar