SON XƏBƏRLƏR

Ərdəbildə inflyasiya səviyyəsi yüksəlib

2021.12.10, 12:28
Ərdəbildə inflyasiya səviyyəsi yüksəlib

Gunaz.tv

Qurum ötən son ayda Ərdəbil əyalətində infliyasıyanın kəskin artdığını və ötən ilin eyni dövrü ilə müqayisədə bunun 37.2 faizə çatdığını bildirib. 

Məlumata görə, hal-hazırda Ərdəbil əyaləti inflyasiya səviyyəsinə görə İranda 31 əyalət içində 17-ci yerdə qərarlaşıb. 

Bundan öncə inflyasiya və bahalıqla bağlı problemlərdən danışan Ərdəbil əyalətinin məhkəmə sisteminin başçısı Hüseyn Kəsirlu əyalətdə şiddətli bahalığın hökm sürdüyünü deyib. 

Ərdəbildə bahalığın şiddətli olduğunu diqqətə çatdıran H.Kəsirlu əhalinin zəruri ehtiyaclarının təmin olunması istiqamətində Ticarət Palatasının səmərəli fəaliyyət göstərməli olduğunu və əhali arasında gərginliyin yaranmaması üçün qiymət artımına qarşı tədbirlərin gücləndirilməsini vacib sayıb.

Bununla yanaşı Xalxal mahalından İran parlamentində təmsil olunan Seyid Qəni Nəzəri xüsusilə əyalət bölgələrində inflyasiya və işsizliyin, bahalığın daha çox olduğuna diqqət çəkərək, Xalxalda işsizlik səviyyəsinin 22 faiz olduğunu qeyd edib. 

Qeyd edək ki, Statistika Mərkəzinin son hesabatlarına görə, hal-hazırda İran üzrə ortalama inflyasiya göstəricisi 45.4 faizdir.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar