SON XƏBƏRLƏR

Ərdəbildə kənd yollarının tikintisi üçün vəsait ayrılmır

2021.12.16, 14:03
Ərdəbildə kənd yollarının tikintisi üçün vəsait ayrılmır

Gunaz.tv

Kəlimullah Vusuqi hal-hazırda ümumilikdə 165 kilometr uzunluğunda olan bir sıra kənd yollarının təmiri və asfalt örtüyünün salınası üçün vəsait ayrılmadığını deyib. 

Onun sözlərinə görə, bu kəndlərdə 50-dən çox əhali yaşayır və toplam 40 milyard tümən büdcə ilə qeyd olunan yolların bərpası mümkün olduğu halda vəsait çatışmazlığı səbəbindən bu mümkün olmur. 

“Prezidentin Ərdəbilə səfərindən öncə bir sıra kənd yollarının yenidən qurulması və asfaltlanması üçün 160 milyard tümən vəsaitin lazım olacağını proqnozlaşdırmışdıq.

Qarşıdakı iki il ərzində vəsait ayrıldığı təqdirdə işə başlayacayıq”-deyə, K.Vusuqi bildirib. 
      
Avtomobil Yolları və Yükdaşıma Nəqliyyatı Baş İdarəsinin sədri başçılıq etdiyi sahədə mütəxəssis çatışmazlığı ilə yanaşı əyalətin nəqliyyat parkının köhnəldiyini və tamamilə yenidən qurulmağa ehtiyacı olduğunu qeyd edib. 

Bununla yanaşı Ərdəbil əyalətinin Xalxal mahalının İran parlamentindəki nümayəndəsi Qəni Nəzəri bildirib ki, seçildiyi bölgədə 65 kəndin yolu istifadəyə yararsızdır. 

O, Xalxal kəndlərinin yalnız 45%-nın, yəni 700 kilometr kənd yollarının yalnız 300 kilometrinin nisbi olaraq normal və asfalt yola malik olduğunu söyləyib.  

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin Ərdəbil əyalətinə səfəri zamanı heç bir yeni layihənin təməlatma mərasimi keçirilməyib və yeni layihələr üçün büdcə ayrılması nəzərdə tutulmayıb. 

Rəisinin özünün də etirafına görə, əyalətdə yalınz yarımçıq qalan layihələrin tamamlanmasına diqqət ayrılması planlaşdırılıb. 

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar