SON XƏBƏRLƏR

Ərdəbildə Əsra Pənahinin 40 mərasimi keçirilib-Qarşıdurma yaşanıb

2022.11.20, 08:08
Ərdəbildə Əsra Pənahinin 40 mərasimi keçirilib-Qarşıdurma yaşanıb

Gunaz.tv

Polis və mülki geyimli hökumət məmurlarının mərasimə müdaxiləsi, əhalini qəbristanlıqdan çıxmağa məcbur etmələri şəhər küçələrində etiraz aksiyasının keçirilməsi ilə nəticələnib.

""Azərbaycan oyaqdı, öz qızına dayaqdı , "Azərbaycan milləti, çəkənməz bu zilləti" və "Azadlıq, Ədalət, Milli hökumət" şüarları səsləndirən etirazçılarla məmurlar arasında qarşıdurma olub.

Qeyd edək ki, oktyabrın 12-də Ərdəbilin "Şahid" orta məktəbinin şagirdləri məmurların hökumət lehinə mitinq tələbini rədd edərək hökumət əleyhinə şüarlar səsləndiriblər.

Hökumət qüvvələrinin sərt müdaxiləsi və şagirdlərin döyülməsi nəticəsində Əsra Pənahi Xanqah adlı şagird həyatını itirib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar