SON XƏBƏRLƏR

Ərdəbildə çoxlu sayda azyaşlı uşaq məcburi əməyə cəlb olunub

2022.03.12, 09:39
Ərdəbildə çoxlu sayda azyaşlı uşaq məcburi əməyə cəlb olunub

Gunaz.tv

Onun sözlərinə görə, başçılıq etdiyi idarə bu uşaqların aşkarlanması və sığınacaqla təmin olunması üçün iki mərkəz yaradıb.

Səttari mərkəzlərin yerli xeyriyyəçilərin vəsaiti hesabına fəaliyyət göstərdiyni, iş uşaqları və yersiz az yaşlıların ehtiyaclarının onların vasitəsilə təmin olunduğunu deyib.

Rifah İdarəsinin başçısıbelə halların çoxalmasının əsas amillərindən birinin iqtisadi çətinliklərin çoxalması və yoxsulluq olduğunu qeyd edib.

Behzad Səttarinin sözlərinə görə hal-hazırda Ərdəbil şəhərində sənədləşdirilən məcburi əməyə cəlb olunan və kimsəsiz uşaqların sayı 300 nəfərdir və onlar xeyriyyə mərkəzlərinin himayəsinə verilərək sığınacaqla təmin olunub.

Qeyd edək ki, yerli insan haqları təşkilatları və fəallar Rifah İdarəsinin başçısının verdiyi rəsmi statistikanın həqiqəti əks etdirmədiyini və məcburi əməyə cəlb olunan uşaqların sayının qat-qat çox olduğunu bildirirlər.

C.E 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar