SON XƏBƏRLƏR

"Ölüm olsun faşistə”- Fars şovinisti Qulaməli Həddad Adilin Ərdəbilə səfəri etiraz doğurdu

2022.03.12, 03:42
"Ölüm olsun faşistə”- Fars şovinisti Qulaməli Həddad Adilin Ərdəbilə səfəri etiraz doğurdu

Gunaz.tv

Martın 11-də Ərdəbil şəhərinin milli-mədəni fəalları  şəhərin bütün məhəllələrində divar yazıları yazıb, yazılı vərəqə və bildirişlər yayıblar.

Qeyd edək ki, Həddad Adil Ərdəbilin cümə imamı Həsən Amulinin dəvəti ilə martın 12-də keçiriləcək Nizami Gəncəvinin anım mərasimində çıxış etmək üçün bu şəhərə səfər edib.

“Bizə öz ana dilimizdə oxumağı qadağan edən, ana dilimizi məhv etmək üçün əllərindən gələni edənlər Azərbaycan oğlunun anım mərasiminə qatılmaq üçün bu diyara səfər edirlər.

Ərdəbil bu ləkəni qəbul etmir və bu yurdun övladları düşmənlərinin bu torpaqda olmasını istəmir”-deyə, bildirşlərdə yazılıb.

Bununla yanaşı şəhər divarlarında “Ölüm olsun faşistə”, “Həddad Adil fars şovinistidir” məzmunlu yazılar yazılıb, qrafitlər çəkilib. 

Qeyd edək ki, İranın Mədəniyyət və İrşad Nazirliyi bu ölkənin Təhsil Nazirliyi ilə birgə 12-19 mart tarixləri arası bir həftə boyunca Nizaminin xatirəsinə həsr olunmuş həftənin keçirilməsini planlaşdırıb.

Bununla yanaşı, Nizamini İran və fars şairi kimi təbliğ etmək üçün may ayının sonuna kimi tədbirlərin davam etdiriləcəyi, mediada, məktəb və Universitetlərdə bununla bağlı ədəbi yarışların təşkil ediləcəyi bildirilir.

Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinin Mədəniyyət və İrşad İdarəsi Nizaminin farslaşdırılması yönündə panfarsist və radikal fars miliyyətçilərinin təbliğat işlərinin əsas ağırlığını öz üzərinə götürməsi və xüsusi fədakarlığı ilə seçilir.  

Xatırladaq ki, martın 7-də  Fars Dili Akademiyasının başçı Qulaməli Həddad Adilin iştirakı ilə keçirilən Fars Dilini Müdafiə Koordinasiya Şurasının toplantısında İranın Mədəniyyət və İrşad naziri Məhəmməd Mehdi İsmaili fars dilini qorumaq üçün polisin xidmətindən istifadə ediləcəyini bildirib.

Onun bu fikirləri qeyri-fars xalqların nümayəndələrinin hiddətinə səbəb olub.

 

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar