SON XƏBƏRLƏR

Ərdəbildə saxlanılan milli fəallardan xəbər yoxdur

2022.09.27, 07:44
Ərdəbildə saxlanılan milli fəallardan xəbər yoxdur

Gunaz.tv

Ərdəbilli milli fəallar Əsgər Əkbərzadə, Səid Sadiqifər, Meysəm Colani və Möhsün Möhsünzadənin həbs edilmələrindən bir həftə keçməsinə baxmayaraq, barələrində dəqiq məlumat əldə etmək mümkün olmayıb.

Adı çəkilən şəxslərin ailə üzvləri dəfələrlə Ərdəbil Prokurorluğu və başqa əlaqədar idarələrə müraciət etrdiklərini, ancaq heç bir cavab ala bilmədiklıərini deyirlər.

Əsgər Əkbərzadə və Səid Sadiqifərin qardaşlarının verdiyi məlumata görə, onlar qardaşlarının talei ilə bağlı məlumat əldə etmək üçün Ərdəbil Ümumi və İnqilab Məhkəməsinə getdikdə, məhkəmə rəsmi onlara qardaşlarının "iğtişaşçı və təxribatçı" olduğunu deyib, barələrində bilgi verməkdən boyun qaçırıb.

"Onlar iğtişaşçı deyil, Azərbaycan xalqının milli və qanuni hüquqlarının müdafiəçiləridirlər və ana yasada qeyd olunanların icrasını tələb edirlər. Həbs etdiyini şəxslər son aksiyalara qatılmadıqları halda həbs ediliblər"- deyə, fəalların qardaşları məhkəmə rəsmisinə cavab veriblər.

Qeyd edək ki, adı çməkilən milli fəallar sentyabrın 21 və 22-də heç bir aksiyaya qatılmadıqları halda Ərdəbildə ETTELAAT əməkdaşları tərəfindən saxlanılıblar.

Onların həbs səbəbləri və harada saxlanıldıqları barədə heç bir məlumat verilmir.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar