SON XƏBƏRLƏR

Ərdəbildə siyasi məhbuslara dəstək aksiyası keçirilib-FOTO

2021.11.09, 09:41
Ərdəbildə siyasi məhbuslara dəstək aksiyası keçirilib-FOTO

Gunaz.tv

Milli fəallar Əlirza Fərşi və Vədud Əsədinin afişalarını şəhər küçələrinın divarlarına və başqa ictimai yerlərə yapışdırıb, türk dili fəallarının qanunsuz həbsinə, onlara qarşı davam edən təzyiqlərə etiraz ediblər. 

Qeyd edək ki, oktyabrın 30-ü, axşam saat 19.00 radələrində təhlükəsizlik məmurları Vədud Əsədinin evinə basqın edib. Milli fəal həmin gücn həbs olunub.

Onun saxlanılması barədə heç bir məhkəmə arayışı təqdim etməyən məmurlar Əsədiyə aid kompüteri və mobil telefonu müsadirə ediblər.

Həmçinin milli fəalın ailə üzvlərinə aid 4 ədəd mobil telefonu özləri ilə aparıblar.

Bundan öncə Vədud Əsədi bir neçə dəfə polis tərəfindən həbs olunub və milli-mədəni fəaliyyətlərinə görə təhlükəsizlik məmurlarının təhdidlərinə məruz qalıb. 

Bununla yanaşı, o, ikinci Qarabağ savaşı zamanı İranın Ermənistana verdiyi dəstəyə etiraz etdiyinə, Azərbaycan Ordusuna dəstək aksiyasında qatıldığına görə 13 gün müddətinə saxlanılmışdı.

Noyabrın 7-də Əsədinin zaminə buraxılması üçün Rəştin Ümumi və İnqilab Məhkəməsi tərəfindən təyin edilən 170 milyon tümənlik vəsiqənin hazırlanmasına baxmayaraq, təhlükəsizlik idarəsi və məhkəmə sistemi onun zaminə buraxılmasına maneçilik törədir.

Başqa türk dili fəalı Əlirza Fərşi 2014-cü ilin iyul ayının 21-də Tehran şəhərində beynəlxalq ana dili günü mərasimində iştirak etdiyi üçün digər milli fəallar ilə birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb, neçə gün saxlanıldıqdan sonra müvəqqəti olaraq məhkəmə iclasına qədər sərbəst buraxılmışdı.

Ə.Fərşi 2016-cı ildə, Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən "İranın milli təhlükəsizliyini pozmaq qəsdi ilə qruplaşmada iştirak etmək" ittihamı ilə 15 il məhbəs və İranın güneyində yerləşən Xuzistan vilayətində iki il sürgün həyatı keçirmə cəzasına məhkum edilib.

Bu cəza, daha sonra Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin sədri olan hakim Babayi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.

Nəhayət 2020-ci ilin iyul ayının 21-də bu milli fəal yaxalanıb və iki illik həbs cəzasını çəkmək üçün Tehran şəhərinin Evin həbsxanasına köçürülüb. 

C.E

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar