SON XƏBƏRLƏR

Ərdəbildə məktəb binalarının əksəriyyəti yerli xeyriyyəçilərin hesabına tikilib

2021.11.20, 12:49
Ərdəbildə məktəb binalarının əksəriyyəti yerli xeyriyyəçilərin hesabına tikilib

Gunaz.tv

Ərdəbil əyalətinin Məktəb Tikintisi Xeyriyyəçilər Assosiasiyasının başçısı Cavad Qurannevis son illərdə başçılıq etdiyi qurumun əyalətin müxtəlif bölgələrində, özəlliklə ucqar və yoxsul bölgələrdə 400 məktəb tikərək Təhsil Nazirliyinə təhvil verdiyini deyib.

Xeyriyyə qurumunun Səreyin mahalı bölməsinin başçısı Məsud Musazadə isə son ildə Səreinin yerli xeyriyyəçilərinin 40 sinif otağı tikərək məktəblilərin istifadəsinə verdiyini söyləyib.

مدرسه ویژه کودکان مبتلا به سندرم داون در اردبیل ایجاد می‌شود - جامعه خیرین  مدرسه ساز کشور

Səreyin şəhərinin Aluca Savalan və Şəmsabad kəndlərində xeyriyyəçilər tərəfindən tikilən məktəblərin açılışında danışan Təhsil İdarəsinin başçısı Hüseyn Məhərrəmi iki binanın tikintisi üçün lazim olan 400 milyon tümən vəsaitin Tehranda yaşayan ərdəbilli xeyriyyəçiər tərəfindən ödənildiyini bildirib.

Bundan bir müddət öncə Ərdəbil əyalətinin Məktəblərin Təmiri və Texniki Təchizat İdarəsinin başçısı Dövlət Lütfi mediaya verdiyi açıqlamada ərdəbilli xeyriyyəçilərin 1588 dərs otağından ibarət 398 məktəbin tikintisi, təmiri və texniki təchizatının təmin olunması prosesində iştirak edib və Təhsil Nazirliyinə təhvil verdiklərini demişdi.

İllərdir ki, yeni məktəblərin tikintisi ilə yanaşı köhnə təhsil ocaqlarının təmiri və maddi-texniki təchizatına dövlət tərəfindən büdcə ayrılmadığı üçün yerli xeyriyyəçilər problemi həll etmək məcburiyyətində qalırlar.

Təhsil Nazirliyinin yerli nümayəndələri isə məsuliyyəti öz üzərindən atmağa çalışırlar. 

 “Məktəb tikintisi, təmiri və təhsil ocaqlarının maddi texniki təchizatı üçün mərkəzdən vəsait ayrılmır”-deyə yerli məsullar məsələni xeyriyyəçilərin hesabına həll etməyə çalışırlar.

C.E 

اعتبارات ملی نوسازی مدارس در اردبیل افزایش ۳ برابری دارد - خبرگزاری مهر |  اخبار ایران و جهان | Mehr News Agency

Dövlət Lütfi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar