SON XƏBƏRLƏR

Ərdəbildə Elxanlılar dövrünə aid tarixi abidə uçub

2022.07.07, 10:35
Ərdəbildə Elxanlılar dövrünə aid tarixi abidə uçub

Gunaz.tv

Elxanlılar dövünə aid olan tarixi hamam Ərdəbildə Səfəvilər sarayı yerləşən "Alaqapı"nın yaxınlığında idi.

Qeyd edək ki, mədəni fəallar abidənin bərpası ilə bağlı Ərdəbil əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinə dəfələrlə məktub yazıb. Lakin bu müraciətlərə əhəmiyyət verilməyib.

Baxımsız qalan abidənin bir hissəsi uçub.

Xatırladaq ki, Ərdəbil şəhərinin tarixi bazarının da uçmaq təhlükəsi var.

Ərdəbil şəhərinin İş Adamları və Tacirləri Birliyinin sədri Səid İrani Cəm mediaya verdiyi açıqlamasında bazarın təmiri üçün Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinə nəzərdə tutulan vəsaitin verilmədiyini bildirib.

“Özəlliklə bazarın daha çox gediş-gəliş bölmələri dağılmaq üzrədir. Bu bölmələr təcili yenidən qurulmasa bazar çökəcək və Ərdəbildə çox ağır faciə baş verəcək”-deyə, İrani Cəm xəbərdarlıq edib. 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar