SON XƏBƏRLƏR

Ərdəbildə yarımçıq layihələrin tamamlanması üçün əhalidən pul yığılır

2022.01.10, 11:57
Ərdəbildə yarımçıq layihələrin tamamlanması üçün əhalidən pul yığılır

Gunaz.tv

Bu barədə Ərdəbil əyalətinin Məktəblərin Təmiri və Texniki Təchizi İdarəsinin başçısı Dövlət Lütfi mediaya verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, yarımçıq məktəb layihələrinin tamamlanması üçün yerli xeyriyyəçilərdən 26 milyard tümən vəsait toplanılıb.

O, əlavə edib ki, il ərzində məktəblərin bərpası, təmiri və texniki təchizatı üçün xeyriyyəçilərdən 130 milyard tümən vəsaitin toplanılması planlaşdırılır.

Dövlət Lütfi bunun bunun çox hissəsinin ödənildiyini və qalan hissəsinin cari günəş ilinin sonuna kimi ödəniləcəyini deyib.

Başçı təhsil problemlərinin həlli üçün lazim olan vəsaitin yalnız 50%-nın dövlət büdcəsindən ödənildiyini söyləyib.

Onun dediyinə görə, yaxın gələcəkdə sökülərək yenidən qurulması nəzərdə tutulan daha 60 məktəbin xərclərinin yerli xeyriyyəçilər hesabına təmin olunacağını qeyd edib.

Bundan öncə İran prezidenti İbrahim Rəisi oktyabrın 22-də Ərdəbilə bir günlük səfəri zamanı yeni layihələrin təməlatma mərasiminin olmayacağı, yalnız yarımçıq qalan layihələrin tamamlanması üçün büdcə ayrılacağını demişdi. 

Məktəblərin Təmiri və Texniki Təchizi İdarəsinin başçısı Dövlət Lütfinin yarımçıq təhsil ocaqları layihələri ilə bağlı dedikləri İran prezientinin verdiyi vədin yerinə yetirilmədiyindən xəbər verir.

Qeyd edək ki, son illər İran hökuməti bir sıra əyalətlərdə, o cümlədən Güney Azərbaycan əyalətlərində yeni təhsil ocaqlarının tikintisi, köhnə məktəblərin təmiri və bərpası üçün vəsait ayırmır.

Təhsil Nazirliyinin yerli nümayyəndəlikləri nazirliyin təhsil ocaqlarına vəsait ayırmaq gücündə olmadığını deyir, problemin həlli üçün yerli əhalinin ianələri və xeyriyyəçilərin yardımlarının lazim olduğunu bildirirlər.

C.E
 

اعتبارات ملی نوسازی مدارس در اردبیل افزایش ۳ برابری دارد - خبرگزاری مهر |  اخبار ایران و جهان | Mehr News Agency

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar