SON XƏBƏRLƏR

Ərdəbildə mühüm tikinti layihələri yarımçıq qalıb: Büdcə ayrılmır

2022.07.01, 10:25
Ərdəbildə mühüm tikinti layihələri yarımçıq qalıb: Büdcə ayrılmır

Gunaz.tv

"Ərədiblidə yarımçıq şəhər layihələrinin başa çatdırılması üçün 2 trilyon tümən vəsait lazımdır və bələdiyyə bunun ödənilməsində israr edir"-deyə, Səfəri bildirib.

Bələdiyyə başçısı bir sıra sənaye obyektlərinin, körpü və yol infrastrukturunun qaydasına salınması, tikintisi dayandırılmış projelərin davam etdirilməsini istəmələrinə baxmayaraq, büdcə çatışmazlığı ucbatından heç nə edə bilmədiklərini diqqətə çatdırıb.

Qeyd edək ki, bundan öncə İran prezidenti İbrahim Rəisinin 22 oktyabr 2021-ci ildə Ərdəbilə etdiyi səfər zamanı heç bir yeni layihənin təməlinin atılmayacağını və yalnız yarımçıq layihələrin tamamlanmasına büdcə ayrılacağını demişdi.

Rəisinin verdiyi vədin üstündən aylar ötməsinə baxmayaraq bu günə kimi Ərdəbildə heç bir yarımçıq layihə tamamlanmayıb.

Səfər zamanı bir sıra millət vəkilləri və yerli məsullar prezidentin bölgəyə səfərinin formal xarakter daşıdığını və səfərin uzun illərdir yığılıb qalan problemlərin həllində hansısa möcüzə yarada bilməyəcəyini demişdilər.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar