SON XƏBƏRLƏR

Seyid Həsən Amilinin qardaşı oğlu valil vəzifəsinin icrasına başladı-Hökmü təqdim edildi

2021.10.20, 07:36
Seyid Həsən Amilinin qardaşı oğlu valil vəzifəsinin icrasına başladı-Hökmü təqdim edildi

Gunaz.tv

Sentyabrın 30-da Ərdəbil şəhərinin valilik binasında keçirilən mərasimdə İranın Daxili İşlər naziri Əhməd Vəhidi səlahiyyətlərinə başlamaq üçün yeni valinin hökmünü təqdim edib.

Mərasimdə Daxili İşlər Naziriliyinin nümayəndələri, Ərdəbilin keçmiş valisi Əkbər Behnamcu, cümə imamı Seyid Həsən Amili və başqa əyalət məsulları iştirak edib.

Yeni valisi Seyid Hamid Amili Ərdəbilin cümə imamı Seyid Həsən Amilinin qardaşı oğludur.

Məlumata görə, onun bu vəzifəyə təyin olunmasında cümə imamının hakimiyyət daxilində olan əlaqələri və nüfuzu böyük rol oynayıb. 

Bir sıra mətbuat orqanları bu təyinatı cümə imamının hökumətə yarınmağı qarşılığında verilən mükafat kimi dəyərləndiriblər.
Bu, cümə imamını məsələ ilə bağlı açıqlama verməsinə, yeni vali təyinatında heç bir rol oynamadığı ilə bağlı əhalini inandırmağa çalışmasına səbəb olub.

“Tanrı və xalq qarşısında and içirəm ki, Seyid Hamid Amilinin vali təyin olunması üçün  heç bir addım atmamışam”-deyə, Seyid Həsən Amili valinin hökmünün təqdim etmə mərasimində bildirib.   

Ərdəbilin yeni valisi Seyid Hamid Ameli 1977-ci ildə Ərdəbildə anadan olub. O, əlaqə elmləri üzrə doktorluq və sosial əlaqə elmləri üzrə magistr dərəcəsinə malikdir.

Seyid Hamid Ameli bu günə kimi bir sıra vəzifələrdə, o cümlədən vali müşaviri, Ərdəbil əyaləti valisinin planlaşdırma üzrə müavini, Ərdəbil əyalətinin Sənaye, Mədən və Ticarət Palatasının sədri, Ərdəbil əyalətinin Planlaşdırma və İnkişaf Şurasının katibi və b. çalışıb.

Gənc vali İranda fundamentalist və konservat qanada mənsub kadrlardan sayılır.  

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar