SON XƏBƏRLƏR

Ərdəbilin məşhur “ölüm yolu”nun tikinti layihəsi tamamilə dayandırıldı

2021.10.20, 07:36
Ərdəbilin məşhur “ölüm yolu”nun tikinti layihəsi tamamilə dayandırıldı

Gunaz.tv

Verilən məlumatlara görə, mərkəzdən budcə ayrılmadığı üçün yolun tikintisi layihəsi dayandırılıb, işçilər işdən azad edilib və layihə ilə bağlı yol qırağında olan bütün lövhələr yığışdırılıb.

Bu layihə çərçivəsində bu günə kimi yalnız 20 kilometr uzunluğunda məsafə bərkidilmiş və asfaltlanmağa hazır vəziyyətə gətirilmişdi.
Yolun tikintisi dayandırıldığı üçün üçün burada çalışan 130 yerli işçinin hamısı işdən azad olunub.

Bundan bir neçə gün öncə layihənin dayandırılması ilə bağlı söz-söhbət gəzsədə rəsmilər və layihə məsulları bunu təsdiq etməmişdilər.

Layihənin tamamlanması üçün toplam 800 milyard tümən vəsait tələb olunduğu halda bu günə kimi ilkin işlərin aparılması üçün yaranan 40 milyard tümənlik borcun ödənilməməsi başqa şirkətlərin işə cəlb edilməsinə əngəl törədib.

Qeyd edək ki, Ərdəbil əyalətində baş verən yol və avtomobil qəzalarında ölüm hallarının 70%-dən çoxu adı çəkilən yolda qeydə alınır. Bu səbəbdən bu yol əhali arasında “ölüm yolu” adlandırılıb.  

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar