SON XƏBƏRLƏR

Ərdəbilin parça fabrikinin yüzlərlə işçisi işə bərpa edilmir

2022.07.07, 07:30
Ərdəbilin parça fabrikinin yüzlərlə işçisi işə bərpa edilmir

Gunaz.tv

İşdən qovulan 400 işçinin işə bərpa olunacağı ilə bağlı fabrik rəhbərliyinin verdiyi vədin üstündən 45 gün keçməsinə baxmayaraq onlardan 280 nəfəri hələ də işə qayıdacaqlarını gözləyirlər.

Bundan öncə işçilərin tətil aksiyasının dayandırılması üçün müxtəlif vədlər verən müdiriyyət iş başlayandan sonra işçilərin müraciətlərinə cavab verməkdən yayınır.

İşdən qovulanların nümayəndəsinin dediyinə görə, fabrikdə işləyən 1200 işçinin əksəri əmək haqlarının aşağı olması ilə yanaşı qanunla nəzərdə tutulan hüquqları da tanınmır.

İşə bərpa olunmalarını gözləyən fabrik işçiləri sosial mediada paylaşımlar edərək fabrik rəhbərliyi və başqa əlaqəli dövlət qurumlarından iş vəziyyətlərinə aydınlıq gətirilməsini istəyiblər.

Xatırladaq ki, son 2 ay ərzində "Səbəlan Parça" fabrikinin rəhbərliyi əmək haqlarının az olmasına və vaxtında ödənilməməsinə, qanuni hüquqlarının təmin olunmamasına etiraz edən yüzlərlə işçini işdən qovub.

Qeyd edək ki, bundan öncə son bir ildə fabrik işçilərinin əmək haqlarının ödənilməməsi müəssisənin maliyyə durumunun yaxşı olmaması ilə əlaqələndirilirdi.

Son aylar müəssisənin fəaliyyətinin yaxşılaşdırılması üçün müxtəlif ödənişlərin edilməsinə və kreditlərin, sərmayələrin cəlb olunmasına baxmayaraq işçilərin əmək haqları ödənilmir.  

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar