SON XƏBƏRLƏR

Ərdəbilin tarixi bazarı məhv olmaq üzrədir

2022.06.01, 08:34
Ərdəbilin tarixi bazarı məhv olmaq üzrədir

Gunaz.tv

Ərdəbil şəhərinin İş Adamları və Tacirləri Birliyinin sədri Səid İrani Cəm mediaya verdiyi açıqlamasında bazarın təmiri üçün Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinə nəzərdə tutulan verilməyib.

“Belə davam edəcəyi təqdirdə tarixi bazar çökəcək və Abadandakı "Metropol" ofis binasında yaşanan faciənin daha acınacaqlısı Ərdəbildə yaşanacaq”-deyə, o bildirib.

Səid İrani Cəm bundan öncə çoxsaylı müraciətlər nəticəsində Yol və Şəhərsalma Nazirliyinin bazarın təmiri üçün 16 milyard tümən vəsait ayırmağa razi sala bildiklərini deyib.

O, büdcənin kağız üzərində təsdiq olunmasına baxmayaraq 2 ildir onun ödənilmədiyini və müxtəlif bəhanələrlə ödənişdən imtina edildiyini qeyd edib.

“Özəllilə bazarın daha çox gediş-gəişli bölmələri dağılmaq üzrədir. Bu bölmələr təcili yenidən qurulmasa bazar çökəcək və Ərdəbildə çox ağır faciə baş verəcək”-deyə, İrani Cəm xəbərdarlıq edib.  

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar