SON XƏBƏRLƏR

Ərdəbildə yeddi təbiət abidəsi qeydiyyata alındı

2021.12.28, 15:57
Ərdəbildə yeddi təbiət abidəsi qeydiyyata alındı

Gunaz.tv

Ərdəbil əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin başçısı Nadir Fəallahi, İranın Mədəni İrs Nazirliyinin Təbii İrsin Qeydiyyatı Şurasının toplantısında əyalətdə bir neçə təbiət abidəsinin qeydiyyata alındığını deyib.

Fəllahi milli qeydiyyata alınan təbiət abidələrinin arasında“Fındıqlı” meşəsi, “ yeddi bölük” isti su bulağı, Niri şəhərinin “Qaynarca” isti suyu, “Balaoğlan” qədimi qoz ağacı, xalxalın uzun ömürlü “Qaraağac” ğacı və başqa bir neçə təbiət abidəsinin olduğunu bildirib.

O, bunu uzun illərdən sonra Ərdəbilin təbii və tarixi abidələrinin qorunması uğrunda irəliyə doğru addım sayıb. əyalətin dəyərli abidələrinin qeydiyyata alınması işinin davam etdirilməsi üçün səylərini artıracaqlarını söyləyib.

Bu günə kimi Ərdəbil əyalətində 1000-dən çox abidə, əsər və tarixi məkanın qeydiyyatdan keçirildiyini deyən, Fəllahi, Ərdəbilin tarixi və mədəniyyət abidələrinin beynəlxalq qeydiyyata alınması istiqamətində fəaliyyət barədə düşündüklərini bildirib.

Qeyd edək ki, ərdəbil şəhərində yerləşən Şeyx Səfiəddin Ərdəbili kompleksi 2010-cu ildə YUNESKO-nun Braziliyada keçirilən 1345 saylı 34-cü sessiyası zamanı tarixi dəyərləri və memarlıq üslubuna görə Ümumdünya İrs Siyahısına daxil edilib.

Son illər məsul qurumların laqeyd münasibəti nəticəsində Ərdəbilin tarixi kompleksi ətrafında qaydasız olaraq çox qatlı binalar tikilib.

Mədəni fəalların və yerli əhalinin çoxsaylı müraciət və etirazlarına baxmayaraq tarixi abidənin ətrafında aparılmaqda olan tikintilərin standartlara uyğunlaşdırılması istiqamətində hər hansı bir addım atılmayıb.

C.E

 

اردبیل آماده پذیرش گردشگران سلامت کشور عمان است - سایت خبری تحلیلی کسب و کار

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar