SON XƏBƏRLƏR

Ərdəbilli fəalın evində axtarış aparılıb

2021.12.06, 07:10
Ərdəbilli fəalın evində axtarış aparılıb

Gunaz.tv

Bu barədə milli fəalın yaxınları məlumat yayıb. Məlumata görə, dekabrın 5-i günortadan sonra İranın təhlükəsizlik idarəsinin əməkdaşları onun Ərdəbildəki ata evinə basqın edərək qanunsuz axtarış aparıb, fəal evdə olmadığı üçün onu həbs edə bilməyiblər. 

Məlumatda Tehranda yaşayan və son günlər ailəsini görmək üçün Ərdəbilə səfər edən İsmailinin ailəsinin hədələndiyi və övladlarının saxlanılacağı ilə bağlı xəbərdarlıq edildikləri bildirilib. 

Möhsün İsmaili Əqdəm bundan öncədə təhlükəsizlik idarəsinıə çağırılıb, dindirilib və həbs olunub. 

Milli fəal 44 günlük ikinci Qarabağ müharibəsi dövründə də Azərbaycan Ordusunun Ermənistanın işğalında olan torpaqların azad edilməsi uğrunda keçirdiyi əməliyyatlara dəstək aksiyasında iştirak etdiyi üçün təzyiqlərə məruz qalıb. 

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar