SON XƏBƏRLƏR

Ərdəbilli fəallar məsulların anti-Azərbaycan siyasətlərinə etiraz ediblər-FOTO

2021.12.04, 08:40
Ərdəbilli fəallar məsulların anti-Azərbaycan siyasətlərinə etiraz ediblər-FOTO

Gunaz.tv

Onlar şəhər divarlarına şüarlar yazıb, qrafitlər çəkiblər. 

Şüarlarda məsulların Azərbaycan xalqına qarşı düşmən münasibəti, Azərbaycan bölgələrinin inkişafına mane olmaları, ətraf mühitin məhv edilməsi tənqid edilib.

Fəallar həmçinin mədən və başqa sərvətlərin talanmasına, tarixi tikili və abidələrin dağılmasına göstərilən laqeyd münasibətə, türk dili və mədəniyyətinin boykot edilməsinə etiraz ediblər.

“İranın dövlət qurumları pan farsların fikir kölələridir”, “Vali, bələdiyyə başçısı və cümə imamları Azərbaycanı məhv etmək üçün pan farsistlərlə əl-ələ veriblər”, “Yerli məsullar Azərbaycana düşmən kəsilib” və “İran dövlətinin təyin etdikləri nümayəndələr Azərbaycan şəhərlərinə bəla olublar” məzmunlu yazılar Ərdəbil şəhərinin bir çox divarlarında yazılıb. 

C.E

Açıklama yok.Açıklama yok.Açıklama yok.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar