SON XƏBƏRLƏR

Ərdəbilli milli fəal Vədud Ənsariyə təhlükəsizlik idarəsində təzyiq göstərilib

2022.10.24, 20:04
Ərdəbilli milli fəal Vədud Ənsariyə təhlükəsizlik idarəsində təzyiq göstərilib

Gunaz.tv

Bir neçə saatlığına dindirilən milli fəala qarşı psixi təzyiq göstərilib və təhdid edilib.

3 saat davam etdiyi bildirilən dindirmə zamanı təhlükəsizlik məmurları Vədud Ənsarini həbsdə olan milli fəalların sərbəst buraxılması üçün girov təmin etmək işinə görə hədələyib.

Ondan bu işi dayandırması istənilib.

Qeyd edək ki, Əsgər Əkbərzadə, Meysəm Colani, Səid Sadiqifər, Yusif Kari, Məhəmməd Colani, Firuz Moini, Səccad Qane Müqəddəm və Yaşar Əkbərzadənin ailələri bildirib ki, Ərdəbil şəhərinin Ümumi və İnqilab Prokurorluğunun 7-ci istintaq bölməsin müstəntiqi Kamyar Səlimzadə təhlükəsizlik qurumlarının göstərişi ilə fəallar barədə məhkəməyə qədər azadlığa buraxılma qərarını imzalamaqdan imtina edir.

Vədud Ənsari bundan öncə 2017-ci ildə də milli-mədəni fəaliyyətlərinə görə 1 il həbs cəzasına məhkum edilib.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar