SON XƏBƏRLƏR

Ərdəbilin içməli su problemi dözülməz həddə çatıb

2021.10.22, 11:43
Ərdəbilin içməli su problemi dözülməz həddə çatıb

Gunaz.tv

Məsud İmami Yeganə mediaya açıqlamasında deyib ki, hazırda həlli vacib problemlərin başında içməli su çatışmazlığı gəlir. 

Fərmandar Ərdəbilin içməli su təminatının 80%-nın “Yamçı” su bəndi basitəsilə təmin olunduğunu deyib.

O, bildirib ki, əyalətin suyunun keyfiyyət və kəmiyyətinin yaxşılaşdırılması ilə bağlı layihələrin tamamlanması əhalinin prezidentdən tələbləri arasında birinci yeri tutur.     

“Hətta Ərdəbil şəhərinin yaxınlığında gündə yalnız bir saat içməli su verilən və əhalisinin ilkin ehtiyaclarını ödəməyə qadir olmayan kəndlər mövcuddur”-deyə, Məsud İmami Yeganə bildirib.

Fərmandar bununla yanaşı, Ərdəbildə xəstəxana, idman komplekslərinin çatışmadığını bildirib.

İcra başçısı bir neçə idman kompleksinin tikintisinin yarımçıq qaldığını bildirib.

O, 1993-cü ildə təməli qoyulan ancaq bu günə kimi hazır olmayan “Əli Dayi” adına idman kompleksinin tikintisinin başa çatdırılmasını istədiklərini deyib.

Qeyd edək ki, İran prezidenti İbrahim Rəisi bu gün Ərdəbil əyalətinə səfər edib.

C.E     
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar