SON XƏBƏRLƏR

Ərdoğan Ali Hərbi Şuranın iclasını çağırdı

2022.08.04, 18:23
Ərdoğan Ali Hərbi Şuranın iclasını çağırdı

Gunaz.tv

Toplantıya Şura üzvlərindən vitse-prezident Fuad Oktay, milli müdafiə naziri Hulusi Akar, ədliyyə naziri Bəkir Bozdağ, xarici işlər naziri Mövlud Çavuşoğlu, daxili işlər naziri Süleyman Soylu, xəzinə və maliyyə naziri Nurəddin Nebati, milli təhsil naziri Mahmut Özer, Baş Qərargah rəisi Yaşar Gülər, Quru Qoşunları komandanı general Musa Avsever, Hərbi Dəniz Qüvvələri komandanı admiral Adnan Özbal və Hərbi Hava Qüvvələri komandanı general Həsən Küçükakyüz qatılıblar.

Toplantıdan əvvəl Prezident Ərdoğanın başçılıq etdiyi Ali Hərbi Şura heyətinin üzvləri Anıtkabiri ziyarət edib.

Mətbuata qapalı keçirilən görüş təxminən 1 saat davam edib.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar