SON XƏBƏRLƏR

Ərdoğan Türkiyə ilə Azərbaycan arasında imzalanan sənədi təsdiqləyib

2022.08.05, 05:33
Ərdoğan Türkiyə ilə Azərbaycan arasında imzalanan sənədi təsdiqləyib

Gunaz.tv

Bu barədə dövlət başçısı qərar imzalayıb.

Bildirilib ki, tərəflər Azərbaycanın icbari tibbi sığorta sahəsində qanunvericiliyində baş vermiş dəyişiklikləri nəzərə alaraq, aşağıdakılar barədə razılığa gəliblər:

“Maddə 1. Tərəflər arasında Prosedur Müqavilənin V bölməsinin 26-cı maddəsi aşağıdakı kimi dəyişdirilmişdir: “Bu Müqavilədə göstərilən analığa görə və protez yardımları istisna olmaqla, digər tibbi yardımlarla bağlı müddəalar, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə sığorta haqları üzrə yığımlar bütün ölkə əhalisinə tətbiq edildikdən sonra həyata keçirilir”.

Maddə 2. Bu əlavə Prosedur Müqavilə onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən sonrakı ayın birinci günü qüvvəyə minir və Prosedur Müqavilə qüvvədə olduğu müddət ərzində qüvvədə qalır”.

Qeyd edək ki, Əlavə Prosedur müqavilə cari ilin mayın 19-da Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və onun türkiyəli həmkarı Vedat Bilgin arasında imzalanıb.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar