SON XƏBƏRLƏR

Üç region ölkəsi İran mövzusunda danışıq aparacaq

2022.03.22, 10:02
Üç region ölkəsi İran mövzusunda danışıq aparacaq

Gunaz.tv

Onlar İranın bölgədə sabitliyə qarşı törədə biləcəyi yeni hərəkətləri müzakirə edəcəklər.

Məlumata görə, hər üç ölkə rəsmisinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Amerikanın terrorçu təşkilatlar siyahısından çıxarılma ehtimalı ilə bağlı fikir mübadiləsi aparacaqlar.

İsrailin baş naziri Naftali Bennet bazar ertəsi Şarma əl-Şeyxə gözlənilmədən səfər edərək, Misir prezidenti Əbdülfəttah əs-Sisi və Məhəmməd bin Zayed Əl-Nəhyan ilə qısa və ayrı-ayrılıqda görüş keçirib.

Bu gün keçiriləcək üçtərəfli görüş onlar arasında ilk üçtərəfli görüşdür.

İsrail baş nazirinin ofisi Bennetin Şarm əl-Şeyxdəki görüşlərinin məzmunu barədə hələlik açıqlama etməyib.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar