SON XƏBƏRLƏR

QHT regionlarda ekoloji maarifləndirmə işləri aparacaq

2022.02.10, 11:26
QHT regionlarda ekoloji maarifləndirmə işləri aparacaq

Gunaz.tv

Layihənin əsas məqsədi ictimai məkanların çirkləndirilməsinə qarşı bölgə bələdiyyələrinin yerli sakinlərlə birgə fəaliyyətinə təkan verilməsidir.  Layihə çərçivəsində regionlarda ekoloji maarifləndirmə işləri aparılacaq.

Məlum olduğu kimi, Azərbaycanda son zamanlar post-neft dövrünə keçid üçün bir çox layihələr həyata keçirilir. 

Hökümət çalışır ki, təkcə mərkəzi şəhərlərdə yox, bütün rayonlarda abadlaşdırma sürətlə getsin,infrastruktur yenilənsin. Küçələr, yollar təmiz və rahat olsun. Bu üzdən rayonlara milyonlarla manat dəyərində yatırımlar qoyulur. Lakin sakinlərə ətraf mühütə məsulliyyətlə yanaşılması aşılanmır.

Həmçinin bölgələrdə küçələrin natəmiz olmasını turist axınına əngəl kimi qiymətləndiririk. 

Bu səbəbdən də hesab edirik ki, ekologiyanın qorunması, ictimai məkanların təmiz saxlanılması istiqamətində maarifləndirmə işləri hələ də davam etdirilməlidir. Bu istiqamətdə bələdiyyələr, eləcə də ictimai qurumlar mütəmadi olaraq fəaliyyət göstərməlidirlər. 

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar