SON XƏBƏRLƏR

Rejim böyük bir ərazini kürd terror qruplaşmalarının tərəfdarına bağışlayır – Makıda

2021.10.20, 07:36
Rejim böyük bir ərazini kürd terror qruplaşmalarının tərəfdarına bağışlayır – Makıda

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycan Əyalətində yerləşən Makı şəhərində ümumi mülkiyyətə aid böyük bir ərazi kürd terror qruplaşmalarının tərəfdarı olan bir şəxsə buraxılır.

 

Məkrli plan rejimin əlaltısı olan yerli məsullar tərəfindən həyata keçirilir.

 

GünAz TV-yə verilən məlumata görə, sərhədyanı şəhərdə 120 hektar ərazi Fəramərz adlı birisinə buraxılmaqdadır. Ərazi qənd istehsalı fabriki tikmək bəhanəsi ilə bu şəxsə ötürülür. Lakin əsas məqsəd bölgədəki mühacir kürdləri iqtisadi cəhətdən gücləndirmək və onları bir araya gətirərək birgə çalışdırmaqdır.

 

Deyilənlərə görə, Fəramərz kürd terror qruplaşmalarına dəstək verir. Onun hökumətdə böyük nüfuza malik olduğu da bildirilir.

 

Bu xəbər güney azərbaycanlı milli-mədəni fəalların kəskin etirazına səbəb olub. Onlar həmçinin yerli azərbaycanlı əhalini həyata keçirilməkdə olan məkrli planlarla bağlı ayıq-sayıq olmağa çağırıblar.

 

İran rejimi kürd terror qruplaşmalarının Qərbi Azərbaycan Əyalətini kürdləşdirmə planına hər zaman dəstək verib. Məqsəd əyalətdə kürd əhalisinin sayını artırmaqdır. Bunun üçün bölgədə demoqrafik tərkibin dəyişdirilməsi uğrunda cəhdlər edilir. Qərbi Azərbaycanın yerli əhalisi bu günədək sözügedən plana qarşı dirəniş göstərsə də proses səngiməyib və müxtəlif üsullarla həyata keçirilir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar