SON XƏBƏRLƏR

Rəsmi Ankaradan Amerika senatının “soyqırımı” qərarına - REAKSİYA

2021.10.20, 07:36
Rəsmi Ankaradan Amerika senatının “soyqırımı” qərarına - REAKSİYA

Gunaz.tv

GünAz TV: Türkiyənin Xarici İşlər Nazirliyi, Amerika Birləşmiş Ştatları (ABŞ) Senatının 1915-ci il erməni hadisələrini “soyqırımı” kimi tanıyan qətnaməni qəbul etməsini “tarixin necə siyasiləşdirilə biləcəyinin utancverici örnəklərindən biri” adlandırıb.

 

Bu barədə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Rəsmi Ankara sözügedən qərarın “Türkiyə-ABŞ münasibətlərinin inkişafı istiqamətindəki səyləri iflasa uğratmağı hədəfləyən bir təşəbbüs” olduğunu qeyd edib.

 

“ABŞ senatının 1915-ci il hadisələri ilə bağlı 12 dekabr 2019-cu il tarixli qərarı istənilən tarixi bilgi və hüquqi əsasdan məhrumdur”, - XİN-in bəyanatında deyilib.

 

XİN bəyanatında, həmçinin, Türkiyənin bundan sonra da bölgəsindəki həyati vacib maraqlarını qorumaq üçün apardığı mübarizəni bu cür haqsız və əsassız qərarlardan təsirlənmədən qərarlılıqla davam etdirəcəyi vurğulanıb.

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar