SON XƏBƏRLƏR

Rəsmi: İran Səhiyyə nazirinin müavini İrəc Hərirçi koronavirusa yoluxub

2021.10.20, 07:36
Rəsmi: İran Səhiyyə nazirinin müavini İrəc Hərirçi koronavirusa yoluxub

Gunaz.tv

GünAz TV: İranın Səhiyyə nazirinin müavini İrəc Hərirçi koronavirusa yoluxub.

 

O, xəstəliyə yoluxması ilə bağlı özü yaydığı video müraciətdə məlumat verib. Hərirçi bildirib ki, ötən gün qızdırması olub və axşam saatlarında verdiyi analizin nəticəsi müsbət çıxıb.

 

Hərirçi ötən gün axşam İran Dövlət Televiziyasında verilişlərdən birində iştirak edib. Lakin o, həmin verilişdə kimlərlə təmasda olduğu barədə məlumat verməyib.

 

Səhiyyə nazirinin müavini əlavə edib ki, o, özünü bir yerdə karantinə alıb və bu gün 2-ci analizinin nəticəsi də müsbət çıxıb.

 

Rəsmi hazırda özünü yaxşı hiss etdiyini və xəstəliyə qalib gələcəyinə inandığını dilə gətirib.

 

Hərirçi koronavirusla mübarizə üçün ona tapşırılan işləri bundan sonra telefon vasitəsilə davam etdirəcəyini də deyib.

 

Xatırladaq ki, son günlər ərzində bir neçə digər İran rəsmisinin öldürücü koronavirusa yoluxduğu barədə məlumatlar yayılıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar