SON XƏBƏRLƏR

Rəsmi İrəvan: “Ermənistanda işıqların kəsilməsi İranın elektrik şəbəkəsində baş verən problemlə bağlıdır”

2021.10.20, 07:36
Rəsmi İrəvan: “Ermənistanda işıqların kəsilməsi İranın elektrik şəbəkəsində baş verən problemlə bağlıdır”

Gunaz.tv

GünAz TV: Ermənistanın Enerji İnfrastrukturları və Təbii Sərvətlər nazirinin müavini Harob Vardanyan ölkəsinin bütün bölgələrində işıqların kəsilməsini İranın elektrik şəbəkəsində yaranmış texniki problemlə əlaqələndirib.

 

Xatırladaq ki, bir müddət əvvəl İran və Ermənistan elektrik xəttləri şəbəkələrini bir-birinə bağlayıblar.

 

Harob Vardanyan əlavə edib ki, son aylar ərzində Ermənistanın elektrik şəbəkəsində gərginliyin həddən artıq azaldığı müşahidə edilirdi. Nazir müavinin sözlərinə görə, iki ölkənin elektrik paylayıcı şəbəkələri bir-birinə birləşdirildiyindən, bu problem İran tərəfində də yaşanıb.

 

O, bunun Razdan İstilik Elektrik Stansiyasının 5-ci enerji blokunda qəza baş verməsinə səbəb olduğunu deyib.

 

Vardanyan Gürcüstan və İrandan elektrik enerjisi almaqla, ölkə ərazisində bəzi yerlərdə elektrik verilməsinin təmin edildiyini deyib.

 

Qeyd etmək lazımdır ki, İran işğalçı Ermənistan rejiminə dəstək olan əsas ölkələrdən biridir. Rəsmi Tehran etdiyi yardımlarla Ermənistanın düşdüyü iqtisadi blokadadan çıxmasına və bunun nəticəsində də Azərbaycan torpaqlarının işğalının davam etməsinə şərait yaratmağa davam edir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar