SON XƏBƏRLƏR

Rəsmi İrəvan Şərt qoydu

2021.10.20, 07:36
Rəsmi İrəvan Şərt qoydu

Gunaz.tv

GünAzTv: Erməni nazir separatçı rejim olmadan razılığa gəlməyin mümküsüzlüyünü deyib.

Dünən Emənistanın xarici işlər naziri Edvard Nalbandyan İrəvanda ATƏT-in Minsk Qrupnunun həmsədrləri Bernar Fasye, Robert Bradk və İqor Popovla görüşüb. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.Görüş zamanı həmsədrlər Nalbandyana Dağlıq Qarabağ separatçılarının rəhbərliyi ilə keçirdikləri görüş barədə məlumat veriblər. E.Nalbandyan bildirib ki, artıq separatçı rejimin danışıqlarda iştirak etməsi qaçılmazdır və bunsuz sülh danışıqlarında hər hansı razılıq əldə etmək mümkün deyil.Tərəflər Sankt-Peterburqda Ermənistan, Azərbaycan və Rusiya prezidentlərinin görüşü zamanı əldə edilən nəticələr əsasında danışıqların davam etməsini məqbul sayıblar. Həmçinin iyulun ortalarında Almatıda keçirilməsi planlaşdırılan ATƏT ölkələrinin xarici işlər nazirlərinin qeyri-formal görüşü zamanı Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşünün də keçirilməsi mümkün hesab edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar