Rəsmi Moskva Zərifin səs yazısındakı sözlərinə münasibət bildirdi: “Bizim meyarımız İranın rəsmi mövqeyidir”

2021-04-30 13:53

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova aprelin 29-da mediaya açıqlamasında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin mediaya sızdırılmış müsahibəsinin gizli səs yazısında Rusiya ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Gunaz.tv Quote | Gunaz article

O deyib ki, Tehran dəfələrlə Rusiyanın İranın nüvə proqramı ilə bağlı siyasətindən məmnun olduğunu bildirərək Moskva ilə əməkdaşlığın davam etdirilməsinin tərəfdarı olduğunu bildirib.


“Vyanada nüvə danışıqları aparıldığı bir vaxtda sözü gedən səs yazısının mediaya sızdırılması barədə fikir söyləmək yalnız işlərə ziyan vururar. Moskva, bu səs yazısına istinad etməklə Rusiyanın mənafeyinə və ölkəmizlə İran arasındakı köhnə və dərin əlaqələrə kimlərin ziyan vurmağa çalışdığını yaxşı bilir. 


Rusiya öz mənafeyi və ya öz tərəfdaşlarının maraqları barədə sövdələşmə aparmır. Bizim üçün qəbuledilməz və düşünülməmiş bəyanatlar önəm daşımır. Daha doğrusu, bizim meyarımız İranın rəsmi mövqeyidir” -deyə, Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirib. 


Xatırladaq ki, Zərifin cari ilin mart ayında İranın prezident aparatının strateji araşdırmalar mərkəzində ölkənin bir sıra daxili və xarici siyasəti və İranın xarici siyasətinin tamamilə “Sepah”ın “Qüds” briqadası tərəfindən təyin edilməsi ilə bağlı verdiyi gizli müsahibəsinin səs yazısının ETTELLAT Nazirliyindən oğurlanaraq mediaya sızdırılması, hakimiyyətdə və ölkənin siyasi dairələrində ciddi qalmaqala səbəb olub. 


Həmin səs yazısında, Zərif “Sepah”ın “Qüds” briqadasının keçmiş komandanı Qasım Süleymaninin ölkənin xarici siyasətinə müdaxiləsindən və İranın xarici diplomatiyasının onun Suriyadakı militarist hərəkətlərinə qurban getməsindən gileynərək, Qasım Süleymaninin Rusiya prezidenti ilə sıx əməkdaşlığından və Suriyada savaşında Vladimir Putinin iradəsi və istəyi ilə hərəkət etməsinə eyham vurur.


A.M 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

2021-06-21

gun az article

Terrorçu silahlı birləşmənin tərkibində döyüşən daha 13 nəfərin məhkəməsi başlayır

2021-06-21

gun az article

Ermənistanda seçkilər: Paşinyan qalib gəlib, müxalifət nəticələri tanımır

2021-06-21

gun az article

MSK: Seçkilərdə Paşinyanın partiyası liderdir

2021-06-21

gun az article

"Ermənistan qonşularına ərazi iddialarını dayandırmalıdır" - Çavuşoğlu

2021-06-20

gun az article

İsraildə Ermənistanın müharibə cinayətləri əleyhinə aksiya keçirilib - FOTOLAR

2021-06-20

gun az article

"İran xalqı öz rəhbərlərini azad və ədalətli şəkildə seçmək hüququndan məhrum edilib”-Amerika rəsmisi

2021-06-20

gun az article

XİN: Ermənistanın mina xəritələrini verməməsi məcburi köçkünlərin qayıdışını ləngidir

2021-06-20

gun az article

Azərbaycanda koronavirsa yoluxanların sayı açıqlandı: 88 nəfər sağaldı

2021-06-20

gun az article

Beynəlxalq Əfv Təşkilatı İbrahim Rəisi ilə bağlı bəyanat yaydı: "İnsanlığa qarşı törətdiyi cinayətlərə görə mühakimə olunmalıdır”

2021-06-20

gun az article

Polşa NATO sərhədlərini qorumaq üçün türk PUA-larını göndərəcək

2021-06-20

gun az article

Ermənistanda seçki məntəqəsində atışma olub

2021-06-20

gun az article

AZAL Tel-Əvivə xüsusi uçuşlara başlayır

2021-06-20

gun az article

Ermənistanda seçki gərginliyi: Polis Köçəryanın qərargahına basqın etdi

2021-06-20

gun az article

Bolnisidə silahlı insident: abxaz gənc öldürüldü

2021-06-20

gun az article

Bayden İsrail prezidenti ilə görüşəcək

2021-06-20

gun az article

Anar Eyvazov: “Hazırda mütəxəssislər mina xəritələrinin tam təhlilini aparır”

2021-06-20

gun az article

Mövlut Çavuşoğlu: “Ermənistan səhvlərindən dərs alıb sülhlə bağlı fürsəti dəyərləndirsin”

2021-06-20

gun az article

Ermənistanda parlament seçkiləri başlayıb

2021-06-20

gun az article

Azərbaycan XİN Ermənistana cavab verdi

2021-06-19