SON XƏBƏRLƏR

Rəsmi Moskvadan İran hakimiyyətinə dəstək

2021.10.20, 07:36
Rəsmi Moskvadan İran hakimiyyətinə dəstək

Gunaz.tv
Sergey Lavrov: “İranda baş verənlər ölkə qanunvericiliyinə uyğundur” Rəsmi Moskva, İranda prezident seçkilərindən sonrakı problemlərin həllində qanunvericiliyin pozulduğunu hesab etmir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov, isveçrəli həmkarı ilə görüşün nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib. Rusiyalı nazir, İranda prezident seçkilərindən sonrakı kütləvi etirazlar zamanı baş vermiş toqquşmalara belə münasibət bildirib: “Biz əminik ki, keçirilmiş seçkilərlə əlaqədar ortaya çıxmış məsələlər İran qanunları əsasında həll olunmalıdır. Hesab edirəm ki, İranda hər şey bu cür baş verir”. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar